Fransanın xarici işlər naziri Stefan Sejurne Avropa Komissiyasının (AK) vitse-prezidenti ola bilər.
Bu vəzifə ona AK rəhbəri Ursula fon der Lyayen tərəfindən təklif edilib.
Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentindəki çıxışı zamanı Stefan Sejurnenin şirkətlərin rifahı, investisiya və innovasiyalar, iqtisadi sabitlik, ticarət və iqtisadi təhlükəsizlik üçün şərait yaradılması işinə rəhbərlik edəcəyini bildirib.