
Hazırda Avropa qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi gündəlikdə deyil.
Bu barədə Fransa xarici işlər naziri (XİN) Jan-Noel Barro “France Info” telekanalına açıqlamasında bildirib.
“Bu məsələ hazırda gündəlikdə deyil. Heç kim bu gün Ukraynaya qoşun göndərmək niyyətində olduğunu deməyib. Biz sülh istədiyimizi deyirik”, – o bildirib.
Avropa İttifaqının Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətlərindən danışan J.Barro qeyd edib ki, bu mövzunu hələ müzakirə etmək tezdir: “Bu məsələ vaxtı gələndə, sülh əldə ediləndə və həqiqətən təmin olunanda ortaya çıxacaq”.
Fransa XİN başçısı, Ukraynada qoşunların yerləşdirilməsi mövzusunda əlavə şərh verməkdən imtina edib.