Fransa Xarici İşlər Nazirliyi (XİN) həmvətənlərini Yaxın Şərqdə vəziyyətin gərginləşməsi təhlükəsi ilə əlaqədar İran, İsrail və Livana səfərlərdən çəkinməyə çağırıb.

Bu barədə Fransa XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar XİN Fransa vətəndaşlarına yaxın günlərdə İran, Livan, İsrail və Fələstin ərazilərinə səfərlərdən çəkinməyi tövsiyə edir”, – məlumatda qeyd edilib.

Bundan əlavə, Fransa rəsmilərinin bu ölkələrə işgüzar səfərlərinə qadağa tətbiq edilir.

İstinadlar Report