
Şimali Avropa və Baltik regionundan kənar NATO ölkələri “Baltic Sentry” missiyasına qoşulacaq.
Bu barədə Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış Brüsseldə jurnalistlərə bildirib.
“Bu missiya NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı Kristofer Kavoli və baş katib Mark Rutte tərəfindən başladılıb. Bu gün biz təkcə Baltik dənizi ilə həmsərhəd olan ölkələrin deyil, həm də Fransa, Belçika və digər müttəfiqlərimizin kritik infrastrukturun, kabellərinin qorunması üçün cəlb olunacağı barədə bəyanatlar eşitdik”, – Polşa naziri mətbuat konfransında deyib.