
Fransa yaxın aylarda Afrikanın üç dövlətində yerləşən hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Ilin sonunadək Abidjan (Kot-d’İvuar), Dakar (Seneqal) və Librevildə (Qabon) hərbi qulluqçuların sayının “bir neçə yüz nəfər” azaldılması planlaşdırılır. Qəzet qeyd edib ki, hazırda bu ölkələrdə ümumilikdə 1,7 minə yaxın Fransa hərbçisi var.