
Fransa Türkiyəyə 139 axtarış-xilasetmə mütəxəssisi göndərib.
Bu barədə Fransanın Türkiyədəki səfirliyindən bildirilib.
Məlumata görə, mütəxəssislər bu axşam Türkiyəyə çatacaqlar.
Xatırladaq ki, Böyük Britaniya Türkiyəyə 76 axtarış-xilasetmə mütəxəssisi göndərib.
Qeyd edək ki, bu gün Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalıt əkanlar baş verib.
Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.