Fransa Sen-Marten adasının inkişafı və çiçəklənməsində maraqlı deyil.
Bu barədə “Report”un sualını cavablandıran “Bir ada, bir xalq, bir tale” təşkilatının üzvü Yadiska Van Rişel (Yadiska Van Richele) bildirib.
“Biz adanın gənclərinin təhsil almaq və iş tapmaq üçün Fransaya getməsi haqqında çox hekayələr eşidə bilərik. Çünki metropoliya burada iş yerləri yaratmadığı üçün onların evdə öz yerlərini tapacaqlarına heç bir zəmanət yoxdur”, – o qeyd edib.