Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Digər müqavilə isə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb.

Sazişlərin detalları açıqlanmayıb.

10:26
Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün İrəvana rəsmi səfər edən fransalı həmkarı Sebastyan Lekornunu qəbul edib.

Bu barədə Ermənistanın müdafiə naziri sosial şəbəkələrdə məlumat yayıb.

“Mənim dəvətimlə fevralın 22-də Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib. Bu gün Müdafiə Nazirliyinin inzibati kompleksində təntənəli qarşılanma mərasimi olub”, – o bildirib.

İstinadlar Report