Fransa Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını pisləyib.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Xarici siyasət idarəsi qeyd edib ki, Rusiyanın START müqaviləsini pozmasından və Rusiyanın bu müqavilədə iştirakını dayandırmasından sonra Belarusla saziş özündə “Avropada silahlara nəzarət və strateji sabitliyin beynəlxalq arxitekturasının daha da aşınmasını” ehtiva edir.

İstinadlar Report