Fransa NATO missiyası çərçivəsində Rumıniyada “Mamba” zenit-raket komplekslərini yerləşdirir.

Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mayın 16-dan Fransa silahlı qüvvələri Rumıniyada ən son nəsil “Mamba” zenit-raket kompleksini, həmçinin 3-cü ölçüdə müdafiə idarəetmə mərkəzini yerləşdirib.

“Bu silah sisteminin yerləşdirilməsi NATO-nun Avropanın şərq cinahında müdafiəs potensialının artırılmasının bir hissəsidir”, – məlumatda deyilir.

Qeyd edək ki, “Mamba” orta mənzilli zenit sistemi ərazidə fəaliyyət göstərən qüvvələrin mühafizəsini təmin edə bilən mürəkkəb silah sistemidir.

İstinadlar Report