Fransa Prokurorluğunun Milli Terrorla Mübarizə İdarəsi Parisin 15-ci rayonundakı hücumla bağlı istintaqa başlayıb.

Bu barədə AFP məlumat yayıb.

Terror fəaliyyəti ilə bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, hücumu dekabrın 2-də İran əsilli 26 yaşlı fransız Arman Rajabpur-Miyandoab həyata keçirib. Onun qurbanı bıçaq yarasından ölən 24 yaşlı almanəsilli filippinli turist olub. Bundan əlavə, hücumçu yoldan keçən digər iki nəfərə çəkiclə hücum edib, onların arasında Böyük Britaniyadan olan turist də var. Hadisədən az sonra cinayətkar saxlanılaraq nəzarətə götürülüb.

İstinadlar Report