Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnyenin yeni hökumət üçün təklif etdiyi nazirlərin ilkin siyahısını təsdiq etməyib.
Bu barədə “Le Monde” qəzeti yazıb.
Məlumata görə, prezidentin yaxın ətrafı Barnyenin təklif etdiyi namizədlərin siyahısında baş nazirin özünün də mənsub olduğu Respublikaçılar Partiyasının nümayəndələrinin çoxluq təşkil etdiyini bildirib.
Yelisey sarayı iddia edir ki, Makron hökumətdə bir partiyanı təmsil edən nazirlərin çoxluq təşkil etməsinə yol verməməyə çalışır.