
Fransa Prezidenti Emmanuel Makron beşgünlük səfərlə Mayottaya gedib.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
E.Makron Mayottadan videokonfransa qoşularaq Nazirlər Şurasının iclasında iştirak edəcək. İclasda qeyri-qanuni miqrasiya ilə mübarizəyə dair bəndin də daxil olduğu arxipelaqın bərpası proqramı təqdim ediləcək.
Bununla yanaşı, Fransa Prezidenti dağıdıcı “Şido” qasırğasından dörd ay sonra Mayottanın bərpası məsələsini müzakirə edəcək.