
Fransanın Lion şəhərində polis pensiya islahatı əleyhinə olan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bu barədə TASS məlumat yayıb.
Lionda nümayişçilər pensiya islahatına qarşı etiraz yürüşü zamanı polisin müqaviməti ilə üzləşiblər. Polis gözyaşardıcı qazdan istifadə etdikdən sonra etirazçılar asayiş keşikçilərinə daş, boş şüşə atıblar.