
Fransanın paytaxtı Parisdə polis zorakılığına və irqçiliyə qarşı nümayiş keçirilir.
Etirazçılar Şimal vağzalından şəhərin şərqindəki Bastiliya meydanı istiqamətində yürüş ediblər.
Nümayişçilər arasında həmkarlar ittifaqları və tələbə hərəkatlarının, o cümlədən siyasi partiyaların nümayəndələri var. Yürüş iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, hüquq-mühafizə orqanları əməkdaşlarından zərərçəkənlərlə həmrəyliklərini bildiriblər.
Polis bu aksiyada 4-5 min adamın iştirak edəcəyini bəyan edib. Ümumilikdə ölkə daxilində 30 minə qədər etirazçı küçələrə çıxa bilər.