Fransa hökuməti ölkədə rekord dərəcədə az yanacaq ehtiyatı olduğunu açıqlayıb və vətəndaşları indidən qışa hazırlaşmağa dəvət edib.

Bu barədə Fransa Milli Assambleyasının deputatı İzabel Valentin bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri müxtəlif resursların çatışmazlığı artmaqdadır.

“Yarımkeçiricilər, xammallar, dənli bitkilər… Müharibə çoxsaylı sektorlara təsir edib ki, bu da ümumi qiymət artımına səbəb olur. Bu hal o cümlədən daim bahalaşan qalıq enerji daşıyıcıları ilə də baş verir. Özü də onların səviyyəsi rekord dərəcədə azdır”, – İ.Valentin bildirib.

İstinadlar Report