“Ermənistan da daxil olmaqla heç bir dövlətin tanımadığı Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament nağıllarla yaşayır”.

Bu sözləri Türkiyə parlamentinin spikeri Mustafa Şentop Fransa Milli Assambleyasının “DQR”in tanınması ilə bağlı qalmaqallı çağırışını şərh edərkən deyib.

Şentopun sözlərinə görə, tarixdən və hüquqdan ayrı düşmüş və yalnız əsassız iddialar və hisslər əsasında qərar qəbul edən dövlət və ya qurum real proseslərdən və qeyri-ciddi qavrayışlardan istisnaya məhkumdur.

“Dövlətin tanınması bu qədər asan proses sayılırsa, dövlətlərin sırasından xaric edilməsi də bu qədər sadə olmalıdır. Fransa Milli Assambleyası ciddi opponent statusunu itirib”, – Türkiyə parlamentinin spikeri deyib.

O vurğulayıb ki, Fransanın beynəlxalq aləmdə başladığı bütün hay-küyə baxmayaraq, Parisin qlobal oyunçu kimi “effektivliyi” sürətlə azalır. “Bu, Fransa tərəfinin reallıqdan ayrılmasının nəticəsidir”, – deyə Şentop bildirib.

“Fransa hökumətinin də Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları “müstəqil” adlandıran parlamentarilər yalnız komediya ustası kimi qəbul edilə bilər. Fransa hakimiyyətini ciddi yanaşmaya çağırırıq, fransız xalqının sağlam düşüncəsinə əminik. Əminik ki, bu absurd qərar ciddi qəbul edilməyəcək”, – Şentop deyib.

Daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyası (AKP), CHP, MHP və İYİ partiyalarının millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.

İstinadlar Qafqazinfo