Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.

Rokföyün səfərinin Minsk Qrupunun fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Fransa tərəfinin səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi sənəddə “Minsk Qrupu” ifadəsi yer almayıb. Bu onu göstərir ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni reallığı qəbul etmək məcburiyyətindədir.

Bundan əlavə, Rokföyla yanaşı, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri İzabel Düpont da milli nümayəndə heyəti statusunda bölgəyə səfər edəcək.

İstinadlar Qafqazinfo