
Fransanın Yeni Kaledoniyada əsas insan hüquqlarını pozması onun BMT Baş Assambleyasının xarici ölkələrin dekolonizasiyasına dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.