Fransada müxalifət Baş nazir Fransua Bayrunun büdcə kəsirini azaltmaq üçün əhalidən vergilərin artırılmasına qərar verəcəyi təqdirdə, hökuməti yenidən istefaya göndərməyə hazırdır.

Bunu Fransanın sağçı “Milli Birlik” partiyasının vitse-prezidenti Sebastyan Şenyu “Europe 1” radiostansiyasının efirində deyib.

“Əgər plan qənaətə əl atmadan, fransızlardan yenidən “kəmərlərini bərkitmələri”ni xahiş etməkdirsə, təbii ki, biz etimadsızlıq votumu irəli sürəcəyik”, – o bildirib.

Solçu “İtaətsiz Fransa”in koordinatoru Manuel Bompard RMC radiostansiyasının efirində hökumətə etimadsızlıq barədə qətnamələrin yalnız sosialistlərin dəstəyindən sonra mümkün olduğunu qeyd edib: “Yaxın günlərdə yeni etimadsızlıq səsverməsi irəli sürməyə hazırıq”.

İstinadlar Report