Fransa Müdafiə Nazirliyi ölkə büdcəsinin azaldılmasına baxmayaraq, 2025 və 2026-cı illərdə əlavə olaraq hər il 3 milyard avro alacaq.

Bu barədə Fransanın baş naziri Fransua Bayru hökumətin iclasında bildirib.

“Müdafiənin gücləndirilməsi kollektiv səy olmalıdır. Müdafiə büdcəsi bu il 50,5 milyard avro təşkil edəcək. Nazirlik həmçinin gələn il əlavə 3 milyard avro alacaq”, – F.Bayru qeyd edib.

Onun sözlərinə görə, bu, Rusiya və Çinin genişmiqyaslı silahlanması fonunda zəruridir.

Daha əvvəl Fransa maliyyə naziri Erik Lombar təsdiq edib ki, ölkə büdcə kəsirinin artımını 4.6 % səviyyəsində saxlamaq üçün gələn il 40 milyard avro qənaət etməlidir. Bu il üçün kəsir proqnozu 5,4 % təşkil edir. E.Lombar həmçinin bildirib ki, fransızların ən varlı təbəqəsi üçün vergilər daimi əsasda artırıla bilər.

İstinadlar Report