Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında Parisdə görüş olub.

Məlumatı Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, nazirlər Azərbaycanla Ermənistan arasındakı sərhədyanı ərazilərdə vəziyyəti müzakirə ediblər.

Fransalı nazir bölgədə vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib. Sebastyan Lekornü görüşdən sonra ‘Azərbaycan əvvəlki mövqelərinə qayıtmalıdır’ şəklində paylaşım edib.

Xatırladaq ki, sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada işgüzar səfərdə olub.