Fransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycanın Ermənistana “təcavüzü”nün dayandırılmasını tələb edən qərəzli qətnamə qəbul edib.

Qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.

Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.

Bu arada Fransa XİN də açıqlama verib.

“Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir”.

Bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd olunub ki, parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.

Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur.