Fransanın nüfuzlu “Atlantico” portalında Ağdam şəhərindən reportaj dərc edilib.

Yazının müəllifi Yaxın Şərq üzrə ekspert, siyasi elmlər doktoru Sebastyan Bussuadır.

O, bu yaxınlarda şəhər xarabalıqlarını ziyarət edib və erməni vandalizmini öz gözləri ilə görüb. Araşdırmaçının sözlərinə görə, vaxtilə mədəniyyət mərkəzi olan Ağdam indi ruhlar şəhərini xatırladır.

“Qarabağın Ağdam şəhəri Bakıdan 360 km məsafədə yerləşir. Bu şəhər təkcə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla sona çatan 44 günlük hərbi əməliyyatların deyil, bütövlükdə otuz illik müharibənin simvoludur.

Ağdam 1993-cü ildə, yəni ilk Qarabağ münaqişəsi vaxtı, bölgədəki bir çox digər şəhərlər kimi, daha böyük bir Ermənistan arzusunu reallaşdırmaq istəyən erməni separatçı hökuməti və ordusu tərəfindən işğal olunub.

İstinadlar Report