Fransa Mərkəzi Afrika Respublikası (MAR) ilə hərbi əməkdaşlığı dayandırıb.

Bu barədə Fransa Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik ölkədə Fransaya qarşı aparılan kampaniyaya orta olmamaq üçün hərbi əməkdaşlığı və yardımı dayandırdıqlarını vurğulayıb.

Açıqlamada qeyd olunub ki, MAR hakimiyyəti siyasi müxalifətə və Fransaya qarşı dezinformasiya kampaniyasının qarşısını alacağını vəd etsə də, sözünün üstündə durmayıb. Nazirlik bu kampaniyada rəsmi Bangui tərəfindən Rusiyanın ittiham olunmadığını deyib.

Xatırladaq ki, Fransa MAR-a qoşununu 2012-ci ildə yeridib. O vaxtdan indiyədək MAR əhalisinə 6 milyon avroluq humanitar yardım edib. Fransa 2018-ci ildə MAR-ın Silahlı Qüvvələrinə 1 400 hücum silahı verib. Bir neçə aydan sonra Rusiya MAR ordusuna silahla yardım etmiş və ölkəyə çoxlu sayda hərbi təlimatçı göndərmişdi.

İstinadlar Report