Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olaraq, xüsusi statusu olan Adaya əlavə qüvvələr göndərir.

Sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.

Təqdim edilən foto Parisdə Şarl de Goll hava limanında çəkilib. Fotodan göründüyü kimi xüsusi xidmət orqanlarının əməkdaşları təcili Korsikaya göndərilir.

Baş verənlərdən nəticə çıxarmaq olar ki, Fransa hökumət təlaşa düşüb, Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.

İstinadlar Report