Fransa Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib. 

Bu barədə məlumatı Ermənistanın Baş prokurorluğu yayıb. 

Məlumata görə, istintaq zamanı Xaçatryanın Fransada olması məlum olub. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət edilib. 

Qeyd edək ki, 2019-cu ildə S.Xaçatryana qarşı ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.

 

İstinadlar Qafqazinfo