“Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisə səfərinin yekununda Fransa və Ermənistanın Milli Təhlükəsizlik Xidmətləri arasında Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub”.

Bu barədə Ermənistanın “armtimes-com” portalı yayıb. 

Bildirilir ki, bu barədə Fransa mediası məlumat əldə edib.

Qeyd olunur ki, Fransa əsas olaraq Ermənistana ölkənin sərhədi boyu vəziyyəti özündə əks etdirən peyk məlumatlarını verəcək. 

Xatırladaq ki, N.Paşinyan fevralın 21-i Fransaya səfər edib və E.Makronla görüşüb. Ermənistan Baş nazirinin daha əvvəlki açıqlamasına görə, İrəvan və Paris müdafiə sahəsində yeni münasibətlər yaradıb.

İstinadlar Qafqazinfo