Fransanın daxili işlər naziri Kristof Kastaner “sarı jiletlilər”in sabaha planlaşdırılan etiraz aksiyası zamanı iğtişaşların yaşanacağını gözləyir.

“İğtişaş yaradanlar sabah yenə peydə olacaqlar – Tuluzada, Monpelyedə, Bordoda və xüsusilə də Parisdə”, – K.Kastaner deyib.

Nazirin sözlərinə görə, onların məqsədi aksiyanın talana və yanğın törədilməsinə çevrildiyi, eləcə də polislə amansız qarşıdurmaların yaşandığı 16 mart proseslərinin təkrarlanmasıdır.

K.Kastaner qeyd edib ki, bu təhlükəni nəzərə alaraq, şənbə günü Fransanın şəhərlərində asayişi 60 mindən artıq polis və jandarma qoruyacaq.

Qeyd edək ki, “sarı jiletlilər” Fransanın müxtəlif şəhərlərinin küçələrinə artıq 23-cü dəfə çıxacaq. Onlar 2018-ci ilin noyabr ayının ortalarından etibarən hər şənbə günü etiraz aksiyası keçirirlər.

İstinadlar Report