Fransa Dəmir Yolları Milli Şirkətinin (SNCF) əməkdaşları mayın 21-də kütləvi tətil keçirmək niyyətindədirlər.

Bu barədə aksiya təşəbbüsü ilə çıxış edən həmkarlar ittifaqlarından biri “Sud-Rail” məlumat yayıb.

“Fransa Dəmir Yolları Milli Şirkətində “Sud-Rail”in təşəbbüsü ilə mayın 21-də İl-de-Frans ərazisindəki “səfərbərlik” çox güclü olacaq, bu dəqiqdir. Ertəsi gün SNCF-nin rəhbərliyi ilə tələblərimizə cavab verməli olacaq danışıqlar planlaşdırılır”, – açıqlamada deyilir. “Ümumi əmək Konfederasiyası” (CGT) və “Milli Muxtar Həmkarlar İttifaqları Birliyi” (UNSA) da qarşıdakı tətilə qoşulduqlarını bildiriblər.

İstinadlar Report