Fransanın aparıcı dəmiryol həmkarlar ittifaqları “Fret SNCF” yük daşıma şirkətinin yenidən qurulmasına etiraz olaraq hökuməti müddətsiz tətillə hədələyiblər.

Bu barədə “Le Monde” məlumat yayıb.

“CGT-Cheminots”, “Unsa-Ferroviaire”, “Sud-Rail” və “CFDT-Cheminots” həmkarlar ittifaqları etiraz aksiyaları keçirmək niyyətində olduqlarını bildiriblər. İlk tətil 20-22 noyabr tarixlərində keçiriləcək. İkinci tətil dekabrın 11-də başlayacaq və müddətsiz olacaq.

İstinadlar Report