
Fransanın Baş naziri Fransua Bayru Çinə konyak satışlarına təhlükə yaradan ticarət mübahisələrini müzakirə etmək üçün bu ölkəyə səfər edəcək.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron bu gün ölkə səfirləri ilə illik görüşdə bildirib.
Makron Bayrunun Çinə səfərinin vaxtını açıqlamayıb.
Avropa İttifaqı 2024-cü ilin oktyabrında Çin elektromobillərinə 45 %-ə qədər rüsum tətbiq edib. Bir neçə gün sonra Pekin konyak idxalına tariflər tətbiq edib ki, bu da Çinə qarşı rüsumların tətbiqinin əsas tərəfdarlarından biri olan Fransaya cavab kimi qiymətləndirilib.