Fransa fevralın 22-də Ermənistana bir sıra müdafiə silahları göndərəcək.

Bildirilib ki, söhbət “Thales” şirkətinin istehsal etdiyi, 250 kilometr məsafədə təyyarələri aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarından (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlərindən gedir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı İrəvan ilə Paris müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalayıb.

İstinadlar Report