Fransa Baş naziri Qabriel Attal Milli Assambleyadakı (parlamentin aşağı palatası) bütün parlament qruplarının rəhbərlərinə “Milli birlik” və “İtaətsiz Fransa” partiyalarının iştirakı olmadan yeni hakim koalisiya yaratmağı təklif edib.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Biz Milli Assambleyada dialoq və adi fikir ayrılıqlarının aradan qaldırılması yolu ilə gələcək iş üçün yeni yol tapmalıyıq”, – Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri, eyni zamanda da prezidentin İntibah Partiyasının baş katibi Stefan Sejurnenin Baş nazirin adından siyasi qrupların liderlərinə göndərdiyi məktubda deyilir.

Məktubu Loran Vokye (Respublikaçı Sağçılar), Andre Şassen (Sol Demokratlar və Respublikaçılar), Siril Şatlen (Ekoloqçular və Sosialistlər), Stefan Lenorman (Müstəqil Deputatlar və Fransanın Dənizaşırı Ərazilərinin Nümayəndələri, LIOT) və Boris Vallo (Sosialistlər və Bloklayan Qruplar) alıb.

İstinadlar Report