“Bizim dəstəyə ehtiyacımız vardı. Azərbaycan Yeni Kaledoniya xalqına yardım əlini uzadıb və buna görə Azərbaycana xalqımız, dövlətimiz və senatımız adından təşəkkür edirik. Kanak xalqı axıradək öz müstəqillik mübarizəsini davam etdirəcək”.

Bu fikirləri Yeni Kaledoniyanın senat üzvü Moris Vimian “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş elmi konfransda deyib.

M.Vimian bildirib ki, yeni Kaledoniyanın siyasi rəhbəri  xalqının yanındadır və onu dəstəkləyir:

“Fransa artıq taktikasını dəyişib. Onlar artıq konqresə, əyalətlərə təzyiq göstərməyə çalışırlar. Biz cari ilin dekabr ayından yeni mübarizə üsuluna keçəcəyik. Fransa təbii ki, öz müstəmləkəçilik siyasətini davam etdirəcək, amma biz də ruhdan düşməyəcəyik və sonunadək mübarizə aparacağıq”.

Zaur Mirzə

İstinadlar Qafqazinfo