Amerikanın “Fox News” televiziya şirkəti sentyabrda ABŞ-nin 45-ci prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris arasında debat təşkil etmək niyyətindədir.

“Yarışın şərtləri dəyişdiyi üçün biz keçmiş prezident Tramp və vitse-prezident Harris arasında prezidentlik debatına ev sahibliyi etmək istərdik. Debatın sentyabrın 17-də Pensilvaniyada keçirilməsini təklif edirik”, – məlumatda deyilir.

“Fox News” həmçinin görüşün dəqiq tarixi, formatı və yeri, eləcə də tamaşaçıların iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrə açıq olduğunu bildirib.

İstinadlar Report