Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Sumqayıt şəhər 8 nömrəli və 14 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonu, Alpoud kənd, Ağcabədi şəhər 11 nömrəli və Ağdam rayon Əfətli kənd tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində, Masallı şəhər Vətən Müharibəsi Qəhrəmanı İ.Əsgərli adına 3 nömrəli və Masallı rayonu, Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Şabran şəhər 1 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Qaraağac kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon M.Piriyev adına Tircan və M.Əzimov adına Təzəkənd kənd, Şəki şəhər 14 nömrəli və N.Gəncəvi adına 7 nömrəli tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər 3 nömrəli və Mingəçevir şəhər 12 nömrəli tam orta məktəblərində və Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə TƏBİB-in tabeçiliyndə Bakı Baş Səhiyyə Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd mümkün təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

İstinadlar Report