Keniyada gənc qadın öz fotosunu digər insanların turist səyahətləri zamanı çəkdikləri şəkillərə fotoşop üsulu ilə montaj edərək Facebook səhifəsində yerləşdirib.

Turist səyahətinə çıxmaq üçün imkanı olmayan Sevelyn Gat özü üçün təsəllini məhz bu cür məşğuliyyətdə tapıb.

Fotomontaj edilmiş şəkillərdən birində Sevelyn təyyarə qarşısında duran vəziyyətdədir, daha bir şəkildə o, Çindəki Böyük Səddi ziyarət edir, digər bir şəkildə isə özünü məbəd qarşısında şəkil çəkdirmiş bir qrup turistin arasında yerləşdirib.

Sevelyn-in düzəltdiyi fotokollajları Facebook-da minlərlə adam bəyənib.

Nəticədə Nayrobi iş adamı Sam Gichuru qadının köməyinə gələrək onun turist səyahəti üçün kifayət məbləğdə pul toplayıb.

Sick Chirpse nəşrinin bildirdiyinə görə Sam Gichuru tərəfindən toplanmış pul Çinə yol pulu, orada dörd ulduzlu oteldə almağa, sığorta və cib xərclərini ödəmək üçün kifayət edəcək.