Ötən gün sosial şəbəkələrdə  Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində ahıl qadının çətin şəraitdə yaşadığını əks etdirən görüntülər yayılıb. Bildirilib ki, qadın 10 ildir ki, vəhşi heyvanlarla dolu olan çöllükdə baxımsız və kimsəsiz vəziyyətdə yaşayır.

Sosial Xidmətlər Agentliyi həmin vətəndaşla bağlı məlumat yayıb.

Bildirilib ki, Əzəmət Mikayılova adlı vətəndaşın yaşadığı əraziyə səfər edilib:

“Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi.

Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!”



İstinadlar Qafqazinfo