
Qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər görən insanlara yardım məqsədilə “Fortis Group” MMC tərəfindən AFAD-ın rəsmi hesabına 200 000 TL məbləğində ianə edilib.
“Qardaş ölkədəki bu faciə hamımızı kədərləndirdi. Hər birimiz böyük narahatlıqla ordan gələn xəbərləri izləyirik. Belə çətin gündə Türkiyənin yanında olmağı özümüzə borc bilirik. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik!” deyə şirkətin idarə heyətinin sədri Elşad Bayramov bildirib.