Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “FORMULA 1 AZERBAİJAN GRAND PRİX” adlı poçt markası dövriyyəyə buraxılıb.

Sözügedən marka 26-28 aprel tarixlərində Bakıda keçiriləcək “Formula” Azərbaycan Qran Prisinə həsr edilib.

Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub.

Blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 000 ədəd təşkil edir.

İstinadlar ict news