Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Bakı-Qazax əsas magistral yolunun Ucarın “Dördyol” adlanan hissəsində baş verib.

Belə ki, Tovuz rayon sakini, Səmədov Emil Kamal oğlu “Ford” markalı yük maşını ilə hərəkətdə olarkən Yevlax rayon sakini Allayarov Neymət Sabir oğlunun idarə etdiyi evakuatorun arxa hissəsinə çırpılıb. 

Nəticədə yük avtomobilinin sürücüsü K.Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sərnişin isə Tovuz rayon sakini Bağırov Şamil Telman oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo