ABŞ Prezidenti Donald Tramp özünün tətbiq etdiyi rüsumlar səbəbindən 500 milyon dollar itirib.

Onun sərvətinin azalması barədə “Forbes” məlumat yayıb.

Qeyd olunub ki, dünya bazarlarının çökməsi fonunda Trampın sərvəti bir həftə ərzində 4,7 milyard dollardan 4,2 milyard dollara qədər azalıb.

“Trampın ən böyük itkisi onun ən qiymətli aktivi olan “Trump Media and Technology Group” ilə bağlıdır. Şirkətin səhmləri son üç ticarət günündə 8 % dəyər itirərək oktyabrdan bəri ən aşağı qiymətə çatıb. Onun çərşənbə günü 2,2 milyard dollar təşkil edən payı indi 2 milyard dollardır”, – məlumatda bildirilib.

İstinadlar Report