“Forbes” dünya reytinqində rusiyalı milyarderlərin sayı il ərzində 110 nəfərdən 125 nəfərə yüksəlib.

Bu, dünyanın ən varlı iş adamları siyahısında bütün tarixdə ən yüksək nəticədir. Reytinqdə rusiyalıların sayına görə əvvəlki rekord 2021-ci ildə qeydə alınıb – 123 nəfər.

Məlumata görə, ən zəngin rusiyalı şəxslərin ümumi sərvəti il ərzində 14 faiz artaraq 576,8 milyard ABŞ dollarına çatıb.

Bu göstərici 123 rusiyalı milyarderin ümumi kapitalının 606,2 milyard ABŞ dollarına çatdığı 2021-ci ilin rekord səviyyəsindən aşağıdır.

İstinadlar Report