“Qarabağda mədəni irs abidələrinin çoxu dağıdılıb”.

Bunu “Report”a “Müdriklik” Fondunun direktoru Zinat Şaukatali bildirib.

Onun sözlərinə görə, “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans regionda mədəni irsin qorunub saxlanması və bərpası baxımından unikal və zəruridir.

“Burada mədəni abidələr dağıdılıb. Bu ərazilər tarixi əhəmiyyətə malikdir. Bu səbəbdən onları qoruyub saxlamaq nəinki lazımdır, hətta vacibdir”, – o deyib.

İstinadlar Report