Cümə axşamı “Florens” qasırğası Şimali Karolina sahillərində özünü göstərib, lakin mərkəzi sahildən 137 kilometr məsafədə yerləşən tufanın əsas nəticələri hələ qarşıdadır

Yerli vaxtla axşam saat 8 radələrində qasırğa güclənərək Şimali Karolina sahillərinə çatıb. Güclü külək və leysan Uilminqton və Nyu-Bern şəhərlərində daşqınlara səbəb olub.

Bir həftə bundan əvvəl Afrika sahillərində formalaşmış “Florens” qasırğası cümə günü ABŞ-ın materik hissəsinə ziyan vurub. “Duke Energy Corp.Onun xidmətlərindən istifadə edən 27.000-ə yaxın istehlakçı elektrik enerjisindən məhrum olub. Gözlənildiyinə görə, üç milyon insan bir neçə gün, hətta ola bilsin, bir neçə həftə qaranlıqda qalacaq.

Ekspertlərin fikrincə, “Florens” qasırğasının vurduğu ziyanın həcmi 10-20 milyard dollar həddində ola bilər. Sahilyanı rayonlarda yüz minlərlə insan təxliyə edilib, 1500-dən çox daxili və beynəlxalq reys ləğv edilib, zavodlar bağlanıb, fırtına olacağını gözləyən fermerlər isə öz məhsullarını və ev heyvanlarını xilas etməyə çalışırlar.

Oxumağa dəyər:   Bakıda torpağın qiyməti bahalaşır

Gözlənildiyinə görə, qasırğa şənbə günü saatda 160 mil sürətlə Karolina ştatından qərbə yönələcək, gələn həftə isə Appalaç regionunu da cənginə alacaq.