Ötən il sui-qəsdə cəhdinə məruz qalmış Slovakiyanın Baş naziri Robert Fitso son üç gündə səhhəti ilə bağlı problemlər yaşayıb.

Bu barədə hökumət başçısı sosial şəbəkədə vətəndaşlara müraciətində açıqlayıb.

“Sui-qəsd cəhdi zamanı aldığım yaralar son üç gündə məni narahat edirdi. İş proqramımın bir hissəsini ləğv etməli oldum”, – o söyləyib.

Xatırladaq ki, Fitsoya qarşı sui-qəsd cəhdi ötən ilin mayında Slovakiyanın qərbində yerləşən Handlova şəhərində törədilib. Ona məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanılan yazıçı-təqaüdçü Yuray Sintula atəş açıb. Baş nazir bir neçə yara alıb, bir sıra əməliyyatlar keçirib və yalnız 2024-cü ilin iyul ayında vəzifə səlahiyyətlərinin icrasına qayıda bilib.

İstinadlar Report