“Kasperski Laboratoriyası”nın məlumatına görə, 2018-ci ilin yekununa görə dünyada fişinq hücumlarının sayı təxminən 500 milyon olub. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə yüksəlib.

Ouml;tən il cinayətkarlar fişinq və spam xarakterli məzmunu yaymaq üçün yeni kanallardan istifadəyə davam ediblər. Onlar həm də istifadəçiləri zərərverici mesajların yayılmasında iştiraka aktiv cəlb edirlər.

Məsələn, “Kasperski Laboratoriyası” özü yayılan fişinq (messencer və sosial şəbəkələrdə (xüsusilə “WhatsApp”da) ən kütləvi hücumlardan biri) qeydə alıb. Cinayətkarlar ənənəvi olaraq istifadəçilərə pulsuz əlverişli təkliflər vəd veriblər.

Eyni zamanda kriptovalyuta hələ də fırıldaqçılar arasında ən populyar mövzu olaraq qalır. Ötən il “Kasperski Laboratoriyası”nın təhlükəsizlik sistemləri məşhur kriptovalyuta birjaları, platforma və pulqabılarını təqlid edən fişinq saytlarına 410 mindən çox giriş cəhdinin qarşısını alıb.

İstinadlar ict news