“Finlandiya Rusiyanın mümkün hücumuna qarşı on illərdir hazılaşıb”.

Bunu Finlandiya müdafiə qüvvələrinin komandanı, general Timo Kivinen bildirib.

“Rusiya hücum edərsə, biz döyüşməyə hazırıq. Finlandiya Rusiyanın mümkün hücumuna qarşı on illərdir hazılaşıb. Biz planlı şəkildə hərbi müdafiəmizi xüsusi olaraq orada (Ukraynada – red.) aparılan döyüş əməliyyatlarına uyğun şəkildə qurmuşuq. Biz müdafiə qabiliyyətimizi zirehli texnikadan, aviasiyadan kütləvi şəkildə istifadə etməklə inkişaf etdirmişik”, – o vurğulayıb.

T.Kiviven qeyd edib ki, ölkəsi əhəmiyyətli dərəcədə ehtiyata malikdir: “Ancaq bu məsələdə finlərin motivasiyası həlledicidir. Hətta NATO-ya daxil olandan sonra da Finlandiyanın özünün müdafiəsi üçün əsas məsuliyyəti finlər daşıyacaq”.

İstinadlar Report