Finlandiya mümkün qədər tez müddətdə quş qripinə qarşı peyvəndləməyə başlamağı planlaşdırır.

Bu barədə ölkənin Sosial Rifah və Səhiyyə Nazirliyi məlumat yayıb.

Finlandiya 15 ölkəni əhatə edən Avropa İttifaqının birgə satınalması çərçivəsində vaksinlər əldə edəcək.

Məlumata görə, quş qripinə qarşı peyvənd “Seqirus UK Ltd.” əczaçılıq şirkəti tərəfindən hazırlanıb və bu peyvəndin tədarükü üçün müqavilə dörd il müddətinə qüvvədə olacaq. “Birgə satınalmada iştirak edən ölkələr milli ehtiyaclarından asılı olaraq peyvəndlər sifariş edəcəklər”, – nazirlikdən bildirilib.

İstinadlar Report